Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar
27 aprel 2024 879
Azərbaycanın bədii gimnastları Bolqarıstanın Burqas şəhərində keçirilən “Prize of Julieta Shishmanova” beynəlxalq turnirində 5 bürünc medal qazanıblar.
Yığmanın heyətində Ayan Sadıqova (halqa), Səkinəxanım İsmayılzadə (çoxnövçülük, gürzlər və top), Dəniz Əsgərova (lent) fəxri kürsüyə qalxıblar.
Bu nəticədən sonra millimiz komanda hesabında üçüncü yerə layiq görülüb.
Qeyd edək ki, ötən gün start verilən turnirə aprelin 28-də yekun vurulacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı