Atletlərimiz Paris-2024-ə lisenziya yarışında uğurla çıxış ediblər
28 aprel 2024 1164
Türkiyənin Antalya şəhərində atletika üzrə “Olimpik deneme” yarışı keçirilir.
Azərbaycan Atletika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışın ilk günündə uzunluğa tullanma növündə Nazim Babayev 7.56 metr göstərici ilə bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Digər təmsilçimiz Orxan Aslanov üçüncü yeri tutub. 100 metr məsafəyə qaçışda Lamiyə Vəliyeva birinci yerə layiq görülüb. Kişilər arasında 100 metr məsafəyə qaçışda isə Əlhəm Nağıyev ikinci nəticə göstərib.
Qeyd edək ki, yarışda Türkiyənin 36 şəhərindən olan atletlərlə yanaşı, Azərbaycan, Polşa, Böyük Britaniya, Özbəkistan və Moldova idmançıları mübarizə aparır.
Antalyada keçirilən Beynəlxalq Atmalar Kubokunda isə İsmayıl Əliyev uğurlu nəticə əldə edib. Milli komandamızın üzvü nüvə itələmə növündə 16.59 metr göstərici ilə üçüncü yeri tutub. Lisenziya xarakterli bu yarışda Azərbaycan, Moldova, Bəhreyn, Əlcəzair və Türkiyənin 13 şəhərindən atletlər iştirak edib.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqillik Günü ilə bağlı sosial media hesablarında paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 28 May - Müstəqillik Günü ... Ətraflı
Bu gün MOK-un vitse-prezidenti, Olimpiya çempionu Zemfira Meftaxetdinovanın doğum günüdür
“Şöhrət” ordenli, “Tərəqqi” medallı, Əməkdar bədən tərbiyəsi və idman xadimi, ... Ətraflı