Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb
27 aprel 2024 757
Estoniyanın paytaxtı Tallində keçirilən Prezident Kubokunda Azərbaycanın daha bir taekvondoçusu fəxri kürsüyə yüksəlib.
36 kiloqramda mübarizə aparan Ülvi Məmmədov kiçikyaşlı idmançıların yarışında gümüş medal qazanıb.
Bununla da Azərbaycan millisinin yarışdakı mükafatlarının sayı 7-yə yüksəlib.
Bunadək yeniyetmələrdən ibarət yığma 1 qızıl, 2 gümüş və 3 bürünc medala yiyələnib.
Qeyd edək ki, Prezident Kubokunda gənc taekvondoçular da mübarizə aparacaqlar.
Bənzər xəbərlər
Vüsal Nəsirli Azərbaycan Peşəkar Boks Federasiyasının prezidenti seçilib
Azərbaycan Peşəkar Boks Federasiyasında yeni rəhbərlik formalaşdırılıb.
Federasiyanın prezidenti vəzifəsinə Azərbaycan ... Ətraflı
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı