Prezident Kuboku: Taekvondoçularımız ilk gündə 6 medal qazandılar
27 aprel 2024 792
Yeniyetmə taekvondoçulardan ibarət Azərbaycan millisi Estoniyanın paytaxtı Tallində keçirilən Prezident Kuboku turnirinə uğurla başlayıb.
Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışın ilk günündə yığmamızın 6 üzvü fəxri kürsüyə qalxıb.
Bütün rəqiblərinə qalib gələn Novruz Əliyev (45 kq) qızıl medala sahib olub. Yalnız finalda məğlub olan Anar Abdullazadə (37 kq) və Çingiz Həsənov (53 kq) ikinci yerə sahib çıxıb. Gülay Əliyeva (44 kq), Gülnar Rəsulzadə (47 kq) və Sərxan Talıbzadə (65 kq) isə bürünc medallara sahib olub.
Bənzər xəbərlər
Eduard Məmmədov 10-cu dəfə dünya çempionu olub
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində kikboksinqin WAKO versiyası üzrə dünya ... Ətraflı
Azərbaycan idman tarixində ilk: Deflimpiya Oyunlarında gümüş medal
Dünya idman hərəkatının qədim ənənələrindən birinə çevrilən deflimpiya yarışları artıq ... Ətraflı