Xəbərlər

Asiman Qurbanlı: Üçüncü Avropa Oyunlarına hazırlığımız yüksək səviyyədə davam edir

16 iyun 2023 363

Üçüncü Avropa Oyunlarına hazırlığımız yüksək səviyyədə davam edir.

Bu sözləri Polşada keçiriləcək üçüncü Avropa Oyunlarında ölkəmizi təmsil edəcək karateçi Asiman Qurbanlı AZƏRTAC-a açıqlamasında deyib.

İkinci Avropa Oyunlarının qalibi və üçqat Avropa çempionu bildirib ki, əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Yarışların bizim üçün çox yaxşı keçəcəyinə inanırıq. Yüksək nəticə ilə ölkəyə qayıdacağımıza ümidvaram. Fikrimcə bu, hamımız üçün qürurverici bir hadisə olar. Gündə 2 dəfə, hətta 3 dəfə məşq edirik. Bütün imkanlarımızdan maksimum dərəcədə istifadə etməyə çalışacağıq ki, nəticəmiz də yaxşı olsun.

Qeyd edək ki, üçüncü Avropa Oyunlarının karate yarışlarında ölkəmizi Əminağa Quliyev, Tural Ağalarzadə, Fərid Ağayev, Asiman Qurbanlı, Fidan Teymurova, Mədinə Sadıqova, İrina Zaretska, Fəridə Əliyeva təmsil edəcəklər.

İyunun 21-də Polşanın Krakov şəhərində III Avropa Oyunlarına start veriləcək. Oyunların yarışları Polşanın 8 şəhərində keçiriləcək. Karate yarışları Bielsko-Biala şəhərində təşkil olunacaq.