“Asiya uşaqları”: Azərbaycanın bir boksçusu finala yüksəlib, üçü bürünc medalla kifayətlənib
04 iyul 2024 1178
Azərbaycan boksçusu Nihad Qasımov Rusiyanın Yakutsk şəhərində keçirilən “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında finala yüksəlib.
48 kiloqram çəki dərəcəsində yarışan idmançı yarımfinalda əfqanıstanlı Haydari Mujtabanı məğlub edib.
Digər boksçular - Haqverdi Həsənov (57 kiloqram), Nurlan Abışov (60 kiloqram) və Valeh Eyvazlı (66 kiloqram) isə finala gedən yolda rəqiblərinə uduzduqları üçün turniri bürünc medalla başa vurublar.
Qeyd edək ki, Nihad Qasımovun final görüşü iyulun 4-də olacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı