Astarada cüdo zalının açılışı olub
17 mart 2025 711
Astara Olimpiya İdman kompleksinin nəzdində cüdo zalı fəaliyyətə başlayıb.
Bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidməti məlumat yayıb.
Açılış mərasimində ACF-nin prezidentinin müşaviri Natiq Bağırov, dünya və Avropa çempionatlarının mükafatçısı Orxan Səfərov, ACF-nin regionlarla iş üzrə məsul şəxsləri Musa İsmayılov, Ruslan Yunusov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə və digər rəsmi şəxslər iştirak ediblər.
Cüdo zalı ACF tərəfindən müasir standartlara cavab verən tatami və digər zəruri avadanlıqlar ilə təchiz edilib.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı