Atletika üzrə Azərbaycan çempionatının ilk gününün qalibləri müəyyənləşib
17 may 2024 476
Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə Yay Azərbaycan çempionatına start verilib.
Ölkə çempionatında Bakı, Gəncə, Sumqayıt, Ordubad, Bərdə, Astara, İsmayıllı və Xızını təmsil edən 140-a yaxın atlet mübarizə aparır.
2 gün davam edəcək Azərbaycan çempionatı Paris Yay Olimpiya Oyunlarına, həmçinin 7-12 iyun tarixlərində Romada təşkil olunacaq Avropa çempionatına lisenziya üçün reytinq xallarının toplanması baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda 95-ci ölkə çempionatı İzmirdə keçiriləcək Balkan çempionatına seçim xarakteri daşıyır.
Milli komandamızın baş məşqçisi Hakim İbrahimov müsahibəsində Avropa çempionatında hələ ki, 2 atletimizin - Nazim Babayev və Anna Skidanın iştirakının dəqiqləşdiyini bildirib.
İlk yarış gününün qalibləri:
100 metr məsafəyə qaçış
1. Aleksey Əliəkbərov
2. Murad Babazadə
3. Qədir Qurbanov
100 metr məsafəyə qaçış
1. Fəridə Rzayeva
2. Fatimə Həsənova
3. Safiya Kərimova
400 metr məsafəyə qaçış
1. Səid Səfərli
2. Novruz Əsədli
3. Nihat Tağıyev
400 metr məsafəyə qaçış
1. İlahə Quliyeva
2. Nurlana Adıgözəlova
3. Aksana Cəlilov
1500 metr məsafəyə qaçış
1. Bəxtiyar Əsgərli
2. Vahid Kərimov
3. İsgəndər Əsgərov
1500 metr məsafəyə qaçış
1. Zəhra Şirəliyeva
2. Fidan İslamova
3. Sevgi Yusifova
400 metr məsafəyə sədlərlə qaçış
1.Ləman İsfəndiyarova
Üç təkanla tullanma
1. Rüstəm Məmmədov
2. Cabir Əliyev
3. Rəvan Behbudov
Üç təkanla tullanma
1.Yekaterina Sarıyeva
Hündürlüyə tullanma
1.Yusif Abdullayev
2.Bülbül Babayev
Nüvə itələmə
1. İsmayıl Əliyev
2. Tofiq Məmmədov
3. Yusif Nəzərov
Nüvə itələmə
1. Səkinə Hacızadə
2. Günel Hüseynova
3. Aysel Rəhimli
Nizə atma
1. Elxan Berdiyev
2. Samir Bayramov
3. İbrahim Bəndərli
Nizə atma
1. Günel Hüseynova
2. Aysel Rəhimli
3. Aksana Cəlilov
Bənzər xəbərlər
Atletimiz üçün yeni sınaq
Azərbaycan atleti Yekaterina Sarıyeva Almaniyanın Xemnitz şəhərində təşkil olunacaq XXVI beynəlxalq qış ... Ətraflı
Yeniyetmə taekvondoçularımız təlim-məşq toplanışına başlayıb
Taekvondo üzrə yeniyetmələrdən ibarət Azərbaycan millisi təlim-məşq toplanışına başlayıb. Bu ... Ətraflı