Xəbərlər

Atletimiz Anna Skidan III Avropa Oyunlarında dördüncü olub

23 iyun 2023 236

Polşada keçirilən III Avropa Oyunlarının tərkib hissəsi olan atletika üzrə komandalar arasında Avropa çempionatında çəkicatma yarışlarındakı təmsilçimiz Anna Skidan dördüncü olub.

71,69 metr nəticə ilə III divizionun qalibi olan Skidanı II divizionda yalnız 72,94 metr göstəricisi olan Rumıniya atleti Byanka Gelber qabaqlaya bilib. Birinci divizionda mübarizə aparan ateletlərdən italiyalı Sara Fantini 73,26 metr nəticə ilə qızıl medala sahib çıxıb.

İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparacaq. İdmançılar 29 növ üzrə 253 dəst medalın sahibini müəyyənləşdirəcək. Azərbaycan Krakov-2023-də 13 növ üzrə 86 idmançı ilə təmsil olunur.

 

Qeyd edək ki, tarixdə ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, ikinci multiidman tədbiri 2019-cu ildə Minskdə baş tutub. Azərbaycan millisi bu yarışlarda 84 medal qazanıb. İdmançılarımız 26 qızıl, 25 gümüş və 33 bürünc mükafat əldə edib. Komandamız medal sıralamasında “Bakı-2015”də 2-ci, “Minsk-2019”da 10-cu yeri tutub.