Xəbərlər

Atletimiz dünya çempionatında iştirak edib

21 sentyabr 2026 - 10:10 21

Azərbaycanın atletika millisinin üzvü Anna Yusupova Danimarkanın paytaxtı Kopenhagendə keçirilən şose qaçışı üzrə dünya çempionatında iştirak edib.

 

Azərbaycan Atletika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, idmançımız yarımmarafonda mübarizə aparıb.

 

Anna Yusupova 1:19:19 nəticə göstərərək ümumi sıralamada 91-ci yeri tutub.

 

Qeyd edək ki, milli üzvü yarışda şəxsi məşqçisi Vüqar Ələsgərovun rəhbərliyi altında mübarizə aparıb.