Atletimiz Norveçdə fəxri kürsünün ən yüksək pilləsində yer aldı
22 may 2024 796
Norveçin Bergen şəhərində Dünya Atletikasının gümüş səviyyəli yarışı olan Trond Mohn Oyunları keçirilir.
Azerbaycan Atletika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda ölkəmizi çəkic atma yarışında təmsil edən Anna Skidan növbəti dəfə uğurlu çıxışla yadda qalıb. Atletimiz 72.47 metr göstərici ilə bütün rəqiblərini qabaqlayaraq qızıl medal qazanıb.
Xatırladaq ki, A.Skidan bir neçə gün əvvəl Dünya Atletikasının gümüş səviyyəli yarışı olan Yanuş Kusoçinskinin Memorialında da fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı