Avarçəkənlər Bakı birinciliyində yarışacaqlar
21 iyun 2024 1004
İyunun 24-də avarçəkmə üzrə açıq Bakı birinciliyi keçiriləcək.
Bu barədə Azərbaycan kanoe və Avarçəkmə Federasiyasının (AKAF) mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, yarış Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə təşkil olunacaq.
ğBulvar ərazisində, AKAF-ın qarşısında baş tutacaq turnirdə paytaxtla yanaşı, Mingəçevirdən olan 80-ə yaxın yeniyetmə və gənc avarçəkən iştirak edəcək.
İdmançılar avarçəkmənin akademik, kayak və kanoe növlərində mübarizə aparacaqlar.
Qeyd edək ki, AKAF-ın əsas prioritetlərindən biri yeniyetmə və gənclər arasında avarçəkməni daha da populyarlaşdırmaq, kütləviliyi təmin etməkdir. Bakı birinciliyinin keçirilməsində məqsəd yeniyetmə və gənclər arasından yeni, perspektivli idmançılar seçmək, onları gələcəkdə milli komandanın heyətinə cəlb etməkdir.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı