Avarçəkənlər Türkiyədən 3 medalla qayıdırlar
18 aprel 2026 - 16:25 275
Türkiyənin Muğla şəhərində təşkil olunan kanoe və kayak üzrə “Bahar Kuboku” beynəlxalq reqatası başa çatıb.
Azərbaycan komandası yarışda uğurlu çıxışı ilə yadda qalıb.
Birnəfərlik kanoe qayığında 2008-2009-cu il təvəllüdlü idmançıların mübarizəsində Hüseyn Səmədli iki kateqoriyada gümüş medala sahib olub. Hüseyn həm 1000 metr, həm də 500 metr məsafəyə yürüşdə ikinci yer tutub.
Birnəfərlik kanoedə 500 metr məsafəyə yürüşdə daha bir medala 2010-2011-ci il təvəllüdlü idmançılar arasında Fəxri Məmmədli layiq görülüb. O, bürünc medal qazanıb.
Beləliklə, Azərbaycan Su İdman Növləri Federasiyası “Bahar Kuboku”nu 2 gümüş, 1 bürünc medalla başa vurub.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı