Avarçəkənlərimiz “Bahar Kuboku”nu 2 medalla başa vurdular
26 aprel 2025 339

Aprelin 24-26-da Türkiyənin Adana şəhərində kayak və kanoe üzrə “Bahar Kuboku” beynəlxalq yarışı təşkil olunub.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda iştirak edən idmançılarımız 1 qızıl, 1 gümüş medal qazanıblar. Yığmamızın aktivinə ilk medalı qadınlar arasında mübarizə aparan Tatyana Smilovenko yazdırıb. 1000 metr məsadə bir nəfərlik kanoe qayığında yarışan Tatyana bütün rəqiblərini geridə qoyaraq qızıl medala sahib olub. Oğlanların yarışında isə Hüseyn Səmədli bir nəfərlik kanoe qayığında fəxri kürsünün ikinci pilləsində yer alıb.
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı