Xəbərlər

AVARÇƏKMƏ ÜZRƏ BAKI ÇEMPİONATI KEÇİRİLİB

15 iyul 2023 236

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası, Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 14 iyul tarixində avarçəkmə üzrə Bakı çempionatı təşkil olunub. Bulvar ərazisində, “Milan Expo”nun qarşısında keçirilən çempionatda paytaxtla yanaşı Mingəçevirdən olan 70-ə yaxın yeniyetmə və gənc avarçəkən iştirak edib. İdmançılar avarçəkmənin akademik, kayak və kanoe növlərində mübarizə aparıblar. Bakı çempionatı bir gün davam edib. 
Qeyd edək ki, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının əsas prioritetlərindən biri yeniyetmə və gənclər arasında avarçəkmə idman növünü daha da populyarlaşdırmaq, kütləviliyi təmin etməkdir. Bakı çempionatında fərqlənən idmançılar gələcəkdə milli komandanın heyətinə cəlb olunacaq.