AVF Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan voleybol festivalı keçirib
01 iyun 2025 640
Azərbaycan Voleybol Federasiyası (AVF) 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan voleybol festivalı keçirib.
12 yaşadək voleybolçu qız və oğlanlardan ibarət komandaların iştirak etdiyi festival Bakı ilə yanaşı, bölgələrdə də (Gəncə, Naxçıvan, Hacıqabul, Tovuz, Sumqayıt, Oğuz, Qəbələ, Şəki, Zaqatala) təşkil olunub.
Paytaxtdakı festivalda 12, ümumilikdə isə tədbirlərdə 94 komanda iştirak edib.
Bakıdakı festival Dənizkənarı Milli Park ərazisində baş tutub. AVF prezidenti Şahin Bağırov tədbiri giriş sözü ilə açaraq iştirakçıları və qonaqları salamlayıb. O, bildirib ki, festivalın keçirilməsində məqsəd uşaqların idmana marağını artırmaq, sağlam həyat tərzini təbliğ etmək və dostluq, komanda ruhu kimi dəyərləri təşviq etməkdir.
Sonra festival açıq elan edilib.
Ərazidə qurulan voleybol meydançalarında uşaqlar arasında simvolik yarışlar və müxtəlif oyunlar təşkil olunub.
Sonda festivalda iştirak edən uşaqlara sertifikatlar, valideynlərə isə təşəkkürnamələr verilib.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı