Xəbərlər

AVF və CEV rəhbərliyi Fəxri xiyabanı ziyarət edib

06 noyabr 2023 161

Azərbaycan Voleybol Federasiyasının (AVF) rəhbərliyi, ölkəmizdə səfərdə olan Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Aleksandar Boriçiç, CEV-in vitse-prezidenti Renato Arena, Türkiyə Voleybol Federasiyasının prezidenti Akif Üstündağ, Bolqarıstan Voleybol Federasiyasının prezidenti Lyubomir Qanev Fəxri xiyabanı ziyarət ediblər.

Federasiya nümayəndələri və qonaqlar Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə gül dəstələri düzüblər. Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub.

Qonaqlar Şəhidlər xiyabanını da ziyarət ediblər. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri düzülüb. Sonra isə “Türk şəhidliyi” abidəsi ziyarət edilib.