AVF və CEV rəsmiləri milli komandaların üzvləri ilə görüşüblər
25 aprel 2025 620
Bu gün Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Roko Sikiriç, Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse-prezidenti Bəhruz Quliyev, AVF-nin baş katib Faiq Orucov, AVF prezidentinin müşaviri Cəlil Cəfərov gənc qız və oğlanlardan ibarət milli komandaların oyunçuları və məşqçiləri ilə görüşüblər.
Azərbaycan Voleybol federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən toplantıda CEV rəhbəri gəncləri salamlayıb, onlara uğurlar arzulayıb. O, AVF-də uşaq voleybolunun inkişafı istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirib.
Daha sonra AVF-nin icraçı direktoru Vüqar Hüseynzadə federasiyada görülən işlər və qarşıdakı planları əhatə edən təqdimatla çıxış edib.
Tədbirdə AVF-nin Təlim və aşağı yaş qruplarının rəhbəri Doc.Dr.Cengiz Akarçeşme çıxış edərək bildirib ki, AVF-də məşqçiliyə yeni başlayan mütəxəssislərlə işlər aparılır, onların bilik və bacarıqlarının artırılmasına dair müxtəlif seminarlar təşkil edilir.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı