AVF yeniyetmə və gənc voleybolçuların seleksiya prosesinə yenidən start verib
14 yanvar 2026 - 15:09 130
Azərbaycan Voleybol Federasiyası (AVF) yeniyetmə və gənc voleybolçuların seleksiya prosesinə yenidən start verib.
"Seçim günü"nün ilk mərhələsi yanvarın 13-də Bakıda təşkil olunub.
Yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatma Bakı Regional Voleybol Klubunda məşq edən 2012–2013-cü il təvəllüdlü, 100-ə yaxın qız voleybolçunun hazırlıq səviyyəsi ilə yaxından tanış olub.
Seçim prosesi zamanı idmançılar müəyyən olunmuş normativlər üzrə sınaqlardan keçirilib, məşqçilər heyəti tərəfindən onların fiziki və texniki göstəriciləri qeydə alınıb.
Seçim mərhələsini uğurla keçən idmançılar yeniyetmələrdən ibarət milli komandanın heyətinə cəlb olunacaqlar.
Növbəti "Seçim günü" yanvarın 17-də Sumqayıt şəhərində, Şərqi Zəngəzur Regional Voleybol Klubu və Sumqayıt Regional Voleybol Klubunun bazasında keçiriləcək.
Bənzər xəbərlər
Bu gün İtaliyada Qış Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək
Bu gün İtaliyanın Milan şəhərində XXV Qış Olimpiya Oyunlarının rəsmi ... Ətraflı
Qış Olimpiya Oyunları: Azərbaycan nümayəndə heyəti paraddan 11-ci keçəcək
Bu gün İtaliyanın Milan şəhərində XXV Qış Olimpiya Oyunlarının rəsmi ... Ətraflı