Avropa birinciliyində uğurla çıxış etmiş Azərbaycan ağırlıqqaldıranları Vətənə qayıdıblar
05 noyabr 2024 733
Polşanın Raşin şəhərində keçirilən Avropa birinciliyində uğurla çıxış etmiş Azərbaycan ağırlıqqaldıranları Vətənə qayıdıblar.
Ağırlıqqaldıranları gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.
İdmançıları ictimaiyyət nümayəndələri, jurnalistlər və azarkeşlər qarşılayıblar.
Qeyd edək ki, Azərbaycan yığması oktyabrın 26-dan noyabrın 3-dək keçirilmiş gənclər və U-23 üzrə Avropa birinciliyində 2-si qızıl, 4-ü gümüş, 6-sı bürünc olmaqla ümumilikdə 12 medal qazanıb.
O cümlədən Ravin Alməmmədovla Ömər Cavadov qızıl medal qazanıblar.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı