Avropa çempionatdan 5 medal
22 may 2023 1280
Albaniyada keçirilən məktəblilərin Avropa çempionatı sona çatıb. 25 ölkədən 208 şahmatçının iştirak etdiyi qitə birinciliyində Azərbaycan təmsilçiləri 5 medal qazanıb. Məktəbli şahmatçılarımız 2 qızıl, 2 gümüş və 1 bürünc medala layiq görülüb. Bununla komandamız medal sıralamasında 3-cü yeri tutub.
17 yaşadək oğlanlar kateqoriyasında çıxış edən Aqil İsrailov və 9 yaşadək oğlanların yarışında mübarizə aparan Yasin Əzimov çempionatın qızıl medalına sahib çıxıb. 13 yaşadək olan kateqoriyada Səadət Bəşirli qızların, Mirsaleh Seyidli isə oğlanların yarışında gümüş medal qazanıb. 15 yaşadək qızlar kateqoriyasında çıxış edən Nurtən Nuriyeva bürünc medalla mükafatlandırılıb.
Şahmatçılarımızı təbrik edirik!
Bənzər xəbərlər
Eduard Məmmədov 10-cu dəfə dünya çempionu olub
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində kikboksinqin WAKO versiyası üzrə dünya ... Ətraflı
Azərbaycan idman tarixində ilk: Deflimpiya Oyunlarında gümüş medal
Dünya idman hərəkatının qədim ənənələrindən birinə çevrilən deflimpiya yarışları artıq ... Ətraflı
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
