Avropa çempionatı: Azərbaycan boksçusu erməni rəqibini məğlub edib
22 aprel 2024 715
Azərbaycan boksçusu Anaxanım İsmayılova Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.
48 kiloqram çəki dərəcəsində mübarizə aparan yığma üzvü 1/8 finalda ermənistanlı Lusine Gevorqyanı mübarizədən kənarlaşdırıb.
İsmayılova rəqibini 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib. O, 1/4 finalda ilk döyüşdən azad olan Sevda Yuliyanova (Bolqarıstan) ilə qarşılaşacaq. Bu döyüş aprelin 23-də olacaq.
Qeyd edək ki, Avropa çempionatına aprelin 28-də yekun vurulacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı