Xəbərlər

Avropa çempionatı: Azərbaycan boksçusu medalı təmin edib

15 noyabr 2023 129

Azərbaycan boksçusu Marjona Savriyeva Monteneqronun Budva şəhərində keçirilən U-22 Avropa çempionatında yarımfinala yüksəlib.

50 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 finalda İrina Vinaradavanı (Belarus) məğlub edib. Rəqibinə 3:0 (30:26, 28:28, 30:26, 30:26, 28:28) hesabı ilə qalib gələn M. Savriyeva özü üçün ən azı bürünc medalı da təmin edib.

Qeyd edək ki, Azərbaycan boksçusu finala gedən yolda rusiyalı Arina Vostrikova ilə döyüşəcək. Görüş noyabrın 17-də olacaq.