Avropa çempionatı: Azərbaycan güləşçiləri günü 2 bürünc medalla başa vurubla
21 aprel 2026 - 22:20 23
Azərbaycanın yunan-Roma güləşçisi Beka Kandelaki Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşdə uduzub.
130 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz üçüncü yer uğrunda qarşılaşmada ukraynalı Mixaylo Vişnıvetskiyə məğlub olub - 1:3.
Bu gün xalça üzərinə çıxan güləşçilərimizdən Rəşad Məmmədov (55 kq) və İslam Abbasov (87 kq) isə bürünc medala sahib çıxıblar.
Qeyd edək ki, sabah yunan-Roma güləşçilərimizdən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Nihat Məmmədli (60 kq) isə bürünc medal uğrunda yarışacaqlar.
Avropa çempionatı aprelin 26-da yekunlaşacaq.
Bənzər xəbərlər
Azərbaycan və Türkiyə gənclər və idman sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edib
Azərbaycan və Türkiyə arasında gənclər və idman sahəsində əməkdaşlığın mövcud ... Ətraflı
Tiranada Avropa çempionatı davam edir
Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə Avropa çempionatı davam edir.
Bu gün ... Ətraflı