Azərbaycanın cüdo millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb
15 aprel 2026 - 09:12 35
Aprelin 16-19-da Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında keçiriləcək Avropa çempionatında Azərbaycanı təmsil edəcək yekun heyət bəlli olub.
Mötəbər turnirdə 11 çəki dərəcəsində 15 cüdoçu (9 kişi və 6 qadın) mübarizə aparacaq.
İlkin heyətdə yer alan Ruslan Paşayev (66 kq) zədələndiyi üçün yekun siyahıda onu Turan Bayramov əvəzləyib.
Avropa çempionatında idmançılara kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov, Elçin İsmayılov, Slavko Tekiç və Robert Kravçik, həmçinin qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.
Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, A kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev ədalət təmsilçiləri sırasında yer alacaq.
Qeyd edək ki, yarışda 46 ölkədən 404 cüdoçu (229 kişi və 175 qadın) 14 dəst medal uğrunda qüvvəsini sınayacaq.
Kişilər
60 kq
Balabəy Ağayev
Əhməd Yusifov
66 kq
Turan Bayramov
73 kq
Hidayət Heydərov
81 kq
Zelim Tçkayev
Ömər Rəcəbli
90 kq
Murad Fətiyev
100 kq
Zelim Kotsoyev
+100 kq
Kənan Nəsibov
Qadınlar
48 kq
Könül Əliyeva
Şəfəq Həmidova
52 kq
Leyla Əliyeva
Gültac Məmmədəliyeva
70 kq
Südabə Ağayeva
+78 kq
Madina Kaisinova
Bənzər xəbərlər
Portuqaliyada tarix yazan gimnastlar Vətənə qayıdıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı
Güləş üzrə Avropa çempionatına qatılacaq Azərbaycan millilərinin heyəti müəyyənləşib
Aprelin 20-dən 26-dək Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatı ... Ətraflı