Bakıda bədii gimnastika üzrə Dünya Kuboku başlayıb
18 aprel 2026 - 13:17 218
Milli Gimnastika Arenası növbəti dəfə möhtəşəm idman hadisəsinə ev sahibliyi edir.
Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, artıq 13-cü dəfədir ölkəmizdə keçirilən bədii gimnastika üzrə Dünya Kubokuna 42 ölkədən ən istedadlı gimnastlar toplaşıblar. Bu kuboku digərlərindən fərqləndirən əsas məqam onun "Los-Anceles-2028" Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşımasıdır.
Üç gün davam edəcək yarış zamanı gimnastlar halqa, top, lent və gürzlər kimi müxtəlif alətlərlə fərdi proqramlarda, eləcə də 3 halqa + 2 cüt gürz və 3 top + 2 cüt gürz kombinasiyaları üzrə qrup hərəkətlərində qüvvələrini sınayacaqlar.
Kubokun ilk 2 günü təsnifat mərhələsi keçiriləcək, sonuncu gün isə finallar baş tutacaq. Bu gün start götürən yarışlara aprelin 19-da yekun vurulacaq.
Yarışın sonunda ən yüksək icra xalını toplayan fərdi gimnast və qrup hərəkətləri komandası ənənəyə uyğun olaraq “AGF Trophy” mükafatına layiq görüləcək.
Bənzər xəbərlər
Usta ağırlıqqaldıranlarımız Avropa çempionatında iştirak edirlər
Belçikanın Varegem şəhərində ustalar arasında ağırlıqqaldırma üzrə Avropa çempionatı keçirilir. ... Ətraflı
23 iyun - Beynəlxalq Olimpiya Günüdür
1947-ci ildə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Stokholmda keçirilən 41-ci sessiyasında ... Ətraflı