Tiranada Avropa çempionatı davam edir
22 aprel 2026 - 11:22 307
Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə Avropa çempionatı davam edir.
Bu gün Azərbaycanın iki qadın güləşçisi xalça üzərinə çıxacaq. Elnurə Məmmədova (50 kiloqram) yarışa təsnifatdan, Günay Qurbanova (59 kiloqram) isə 1/4 finaldan başlayacaq.
Onlar müvafiq olaraq, Aqata Marta Valerzak (Polşa) və Elena Heike Bruqqeri (Almaniya) sınağa çəkəcəklər.
Bu gün, həmçinin yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kiloqram) və Qurban Qurbanov (82 kiloqram) qızıl, Nihat Məmmədli (60 kiloqram) isə bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq.
Qeyd edək ki, Azərbaycan aprelin 26-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur. Daha əvvəl yunan-Roma güləşçilərindən Rəşad Məmmədov (55 kiloqram) və İslam Abbasov (87 kiloqram) bürünc medal qazanıblar.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı