Avropa çempionatı: Azərbaycanın daha iki cüdoçusu medal əldə edib
07 sentyabr 2024 986
Azərbaycanın daha iki cüdoçusu Estoniyanın paytaxtı Tallində keçirilən gənclər arasında Avropa çempionatında medal qazanıb.
Şamil Tuncay (90 kiloqram) və Kənan Nəsibov (+100 kiloqram) üçüncü yer uğrunda görüşdə öz rəqiblərinə qalib gəliblər.
Bununla da çempionatın fərdi yarışlarına yekun vurulub.
Qeyd edək ki, Azərbaycan cüdoçularından daha əvvəl Könül Əliyeva (48 kiloqram), Fidan Əlizadə (57 kiloqram), Vüsal Qələndərzadə (73 kiloqram) və Süleyman Şükürov (81 kiloqram) Avropa çempionu olublar, Nizami İmranov (60 kiloqram) və Aslan Kotsoyev (90 kiloqram) gümüş medal qazanıb. Milli komandanın 16 cüdoçu ilə təmsil olunduğu turnirdə sentyabrın 8-də isə komanda yarışlarına start veriləcək.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı