Avropa çempionatı: Azərbaycanın sərbəst güləşçisi qızıl medal qazanıb
06 iyul 2024 1066
Azərbaycanın iki güləşçisi Serbiyanın Novi Sad şəhərində keçirilən 20 yaşlıların Avropa çempionatında uğurlu çıxış edib.
Sərbəst güləş üzrə 57, 65, 70, 79 və 97 kiloqramda medalçılar müəyyənləşib.
Vasif Bağırov (57 kiloqram) finalda rusiyalı Lev Pavlovla qarşılaşıb. Həlledici görüş xala-xal prinsipi ilə keçib. Güləşçimiz uzun müddət hesabda öndə olsa da, qarşılaşmanın sonlarına yaxın təşəbbüsü əldən verib. Yekunda 6:8 hesabı ilə məğlub olan Vasif gümüş medalla kifayətlənib.
Nurudin Maqomedqadjiyev (79 kiloqram) təsəlliverici görüşdə litvalı Paulius Leskauskasa 4:7 hesabı ilə məğlub olub.
Xetaq Karsanov (97 kiloqram) isə finalda rusiyalı Şaxman Nuxayevlə üz-üzə gəlib. Nəfəskəsən mübarizədə əzmkar qələbə (5:4) qələbə qazanan Xetaq Avropa çempionu olub.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı