Xəbərlər

Avropa çempionatı: Azərbaycanın üç güləşçisi medal qazanıb

17 fevral 2024 105

Azərbaycanın üç sərbəst güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan Avropa çempionatında medal əldə edib.

 

97 kiloqramda Maqomedxan Maqomedov həlledici görüşdə gürcüstanlı Givi Matçaraşviliyə uduzub. Üçüncü yer uğrunda mübarizədə İslam Bazarqanov (57 kiloqram) ukraynalı Kamil Kərimovu, Əli Rəhimzadə (65 kiloqram) fransalı Həmzət Arsamerzuyevi məğlub edib.

 

Bu gün mübarizəyə qoşulan güləşçilərdən Nurəddin Novruzov (61 kiloqram), Turan Bayramov (74 kiloqram), Arseni Cioyev (86 kiloqram), Georgi Meşvildişvili (125 kiloqram) sabah bürünc medal üçün yarışacaqlar.

 

Qeyd edək ki, Azərbaycan hazırkı Avropa çempionatında indiyədək 9 medal qazanıb. Yunan-Roma güləşçiləri 6 (3 qızıl, 2 gümüş, 1 bürünc), qadın idmançılar isə 3 (2 qızıl, 1 bürünc) medal əldə ediblər. Yarışa fevralın 18-də yekun vurulacaq.