Avropa çempionatı: badminton millimiz ilk oyununda məğlub oldu
12 fevral 2025 350

Bu gün Bakı İdman Sarayında badminton üzrə qarışıq komandaların Avropa çempionatına start verilib.
Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, I qrupda yer alan millimiz ilk oyunda İngiltərə yığması ilə üz-üzə gəlib. Millimiz gərgin və maraqlı mübarizə şəraitində keçən oyunda İngiltərə seçməsinə 2:3 hesabı ilə məğlub olub.
Qarışıq qoşa kateqoriyasında Diki Pangestu - Keişa Fatimə Zəhra tandemi Roy Easton - Lizzie Tolman cütünə 0:2 (12-21,9-21) hesabı ilə uduzub. Kişi badmintonçuların şəxsi yarışında Edi Reski Dviçayo hər iki setdə Harri Huanqdan üstün olub - 2:0 (27-25, 21-13)
Ardınca qadınların şəxsi mübarizəsində Keişa Fatimə Zəhra Freya Redfearnı 2:0 (21-11,21-7) hesabı ilə məğlub edib.
Ümumi hesabda 2:1 hesabı ilə önə keçən komandamız kişilərin və qadınların qoşa yarışında rəqiblərinə məğlub olub. Aqil Qəbilov - Diki Pangestu qoşası Callum Hemming - Ethan Van Leeuvenə 0:2 (12-21, 7-21) hesabı ilə uduzub.
Leyla Camalzadə - Həcər Nuriyeva cütü isə qadınların qoşa yarışında Harris Abbigael - Van Leeuven Estelle qoşasına 0:2 (6-21, 9-21) hesabı ilə məğlub olub.
Komandamız qrupda növbəti oyununu sabah saat 10:00-da İspaniya yığmasına qarşı keçirəcək.
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Avropa çempionatına hazırlaşırlar
Azərbaycanın gənc cüdoçuları Nabranda təlim-məşq düşərgəsində iştirak edirlər.
Bu barədə Azərbaycan Cüdo ... Ətraflı

Azərbaycan boksçusu erməni rəqibinə qalib gələrək Avropa çempionu olub
Azərbaycan boksçusu Əminə Tağı Avropa çempionu tituluna yiyələnib.
50 kiloqram çəkidə ... Ətraflı