Avropa çempionatı: boksçularımız növbəti mərhələdə
20 aprel 2024 1058
Serbiyanın paytaxtı Belqradda boks üzrə Avropa çempionatı keçirilir. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışın 3-cü günündə Azərbaycan millisinin 2 boksçusu mərhələ adlayıb.
Təmsilçilərimizdən Amin Məmmədzadə (54 kq) 1/8 finalda Psarras Aristotelislə (Yunanıstan) qarşılaşıb. Döyüş boksçumuzun üstünlüyü ilə keçib. Hər 3 raundda qalib gələn Məmmədzadə rəqibini 5:0 (30:25, 30:27, 30:27, 30:25, 30:27) hesabı ilə məğlub edib. O, aprelin 24-də baş tutacaq növbəti döyüşündə ilk mərhələdən azad olan fransalı Bilal Bennama ilə üz-üzə gələcək.
92 kq-da Alfonso Dominqes də 1/4 finala yüksəlib. Dünya çempionumuz ilk qarşılaşmasında mundialın bürünc medalçısı Viktor Şelstrat (Belçika) üzərində 4:3 hesabı ilə qələbə qazanıb. O, növbəti görüşündə Yan Zakla (İsrail) gücünü yoxlayacaq. Döyüş aprelin 22-nə təsadüf edəcək.
Qeyd edək ki, boksçularımızdan daha öncə Malik Həsənov (63,5 kq) da mərhələ adlayıb.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı