Avropa çempionatına start verilir - bu gün beş cüdoçumuz tatami üzərinə çıxacaq
23 aprel 2025 510
Bu gün Monteneqronun paytaxtı Podqoritsada cüdo üzrə böyüklər arasında Avropa çempionatına start veriləcək.
47 ölkədən 414 (229 kişi, 185 qadın) cüdoçunun iştirak edəcəyi yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayacaq.
Komandamız aprelin 26-dək davam edəcək fərdi yarışlarda 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu (9 kişi, 6 qadın) ilə təmsil olunacaq.
İlk yarış günündə 4 çəki dərəcəsi üzrə 5 cüdoçumuz tatami üzərinə çıxacaq.
Kişilər arasında -60 kq çəki dərəcəsində 1/16 final mərhələsində Əhməd Yusifov israilli İzhak Aşpizlə, Turan Bayramov isə Maltanı təmsil edən Ceyms Zahra ilə qarşılaşacaq. -66 kq çəki dərəcəsində isə Ruslan Paşayev Bolqarıstandan olan Boyan Yotovla üz-üzə gələcək.
Qızların mübarizəsində -48 kq çəki dərəcəsində Könül Əliyeva polşalı Paulina Şlaxta ilə qarşılaşacaq. -52 kq çəki dərəcəsində isə Gültac Məmmədəliyeva Almaniya təmsilçisi Çiara Serra ilə qüvvəsini sınayacaq.
Qeyd edək ki, fərdi yarışlara aprelin 26-da yekun vurulacaq. Növbəti gün isə cüdoçular qarışıq komanda yarışlarında mübarizə aparacaqlar.
Bənzər xəbərlər
Avarçəkmə və kanoe üzrə Azərbaycan birinciliyi keçirilib
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının ... Ətraflı
Mingəçevirdə keçiriləcək beynəlxalq reqata üçün 20-yə yaxın ölkə iştirakını təsdiqləyib
Mingəçevirdə keçiriləcək akademik avarçəkmə, kayak və kanoe üzrə "Prezident Kuboku-2026" ... Ətraflı