Avropa çempionatında növbəti qələbə
14 noyabr 2023 208
Monteneqroda şahmat üzrə komandalar arasında Avropa çempionatında III turun oyunları keçirilib.
Kişi şahmatçılardan ibarət Azərbaycan millisi bu dəfə İsveçi üstələyib. Milli 3,5-0,5 hesabı ilə qələbə qazanıb. Azərbaycan millisində Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Vasif Durarbəyli partiyaları qələbə ilə başa vurub. Teymur Rəcəbov heç-heçə oynayıb.
Qadın şahmatçılardan ibarət Azərbaycan millisi itkisiz irəliləyir. III turda xanım şahmatçılar Polşanı məğlub edib 3-1. Şahmatçılardan Günay Məmmədzadə və Gülnar Məmmədova heç-heçəyə razılaşıb, Xanım Balacayeva və Ülviyyə Fətəliyeva qələbə qazanıb.
Bu gün Avropa çempionatında IV turun görüşləri keçiriləcək. Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Xorvatiya, qadın şahmatçılar isə Fransa ilə qarşılaşacaq.
Bənzər xəbərlər
Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb
Paris-2024 Yay Olimpiya Oyunlarının məşəli üç yelkənli qədim gəmi ilə ... Ətraflı
Avarçəkənimiz Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı
Akademik avarçəkmə üzrə yığma komandamızın üzvü Diana Dımçenko Paris-2024 Yay ... Ətraflı