Avropa çempionatından bir qızıl və bir bürünc medal
17 aprel 2024 1335
Azərbaycan idmançısı bilyard üzrə Avropa çempionu olub.
Azərbaycan Bilyard Federasiyasından verilən məlumata görə, Moldovanın Kişinyov şəhərində keçirilən piramida üzrə Avropa çempionatında həmyerlimiz Tofiq Quliyev 7 ölkədən 70 idmaçı arasında qalib gələrək çempion adını qazanıb. İkinci yerə ukraynalı Dmitro Pokotilski sahib çıxıb. Digər təmsilçimiz Niyazi Xələfov isə üçüncü yeri tutub. Bununla da komandamız Avropa çempionatını bir qızıl və bir bürünc medalla başa vurub.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı