Avropa çempionatının biletləri satışa çıxarılıb
15 may 2024 888
Mayın 20-dən 26-dək Bakı İdman Sarayında güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək.
İlk dəfə ölkəmizdə təşkil ediləcək yarışın biletləri satışa çıxarılıb. “İticket” vasitəsilə satışa çıxarılan biletlərin qiyməti 2 AZN-dir. Biletlər hər gün gündüz və axşam olmaqla, 2 fərqli seans üzrə satışdadır. Yalnız son yarış günündə 1 seans (axşam) nəzərdə tutulub. 1, 2, 4, 5, 14 və 15-ci sektorlar üçün bilet satışı həyata keçirilir. Ümumilikdə 6630 bilet satışa çıxarılıb.
Qeyd edək ki, biletləri iticket.az saytından onlayn qaydada və “İticket”in şəhərin müxtəlif məkanlarında yerləşən satış məntəqələrindən əldə etmək mümkündür.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı