Xəbərlər

Avropa Cüdo Birliyi:  “Azərbaycanlı Məmişovların dueli tarix yaratdı” 

24 avqust 2023 320

Avropa Cüdo Birliyinin (EJU) rəsmi səfhəsində “Azərbaycanlı Məmişovların dueli tarix yaratdı” başlıqlı məqalə dərc olunub. Məqalədə 23 avqust Zaqrebdə keçirilən Dünya çempionatının ilk günündə azərbaycanlı cüdoçularının çıxışları təhlil olunub. Müəllifin sözlərinə görə finalda iki azərbaycanlının qarşılaşması tarixi hadisə idi: 

“Gün ərzində necə çıxış etdiklərini nəzərə alsaq, final görüşündə Məhəmməd ilə Nihad Məmişov arasında ki qarşılaşmada hər kəs bəzi böyük hərəkətlər və təsir edici texnikalar gözləyirdi. Lakin onlar bir-birlərinin hərəkətlərini və texnikalarını çox yaxşı bildikləri üçün hər ikisi bir-birini çox yaxşı əngəlliyə bilirdi. Bu vəziyyət bərabərliyə gətirib çıxardı və hər ikisi əsas vaxtda “shido” aldılar.

Görünürdü ki, görüş bir qədər də davam edə bilərdi, lakin əlavə vaxta cəmi 8 saniyə qalmış Nihad Məhəmmədin hərəkətini öz üstünlüyünə çevirdi və bir xal qazandı. Bütün matç həqiqətən həyəcanlı və dünya səviyyəli keçdi. Onlar  qızıl və gümüş medalları qazanmaq ilə yanaşı, hər kəsə komandalarının nə qədər güclü olduğunu göstərdilər və cüdo tarix kitabına daxil oldular.

Məqalədə bildirilir ki, digər -55 kq çəki dərəcəsində mübarizə aparan azərbaycanlı idmançı Mirxalıq İskəndərov  bürünc medal uğrunda fransalı Adrian Mivovanla qərqin görüş keçirdi: 

“İskəndərov  “o uchi qari” və “ko uchi qari” adlanan xüsusi hərəkət kombinasiyasını tətbiq edərək “waza-ari” xalı qazandı. Daha sonra fransalı idmançı Mivovan da xal qazanmağı bacardı. Lakin Mivovan iki “shido” qazandığı üçün daha diqqətli olmalı idi. Görüşün bitməsinə cəmi 12 saniyə qalmış Azərbaycan təmsilçisi İskəndərov “ko soto qari” adlı hərəkətlə daha bir waza-ari qazanaraq qələbəsini təmin etdi.”.