Avropa Gənclər Paralimpiya Oyunlarının açılış mərasimində Azərbaycan bayraqdarları bəlli olub
19 iyul 2025 - 15:07 512
Türkiyənin İstanbul şəhərində təşkil ediləcək Avropa Gənclər Paralimpiya Oyunlarının açılış mərasimində Azərbaycan bayrağını daşıyacaq paralimpiyaçılarımız məlum olub.
Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, bayraqdarlarımız Paralimpiya Oyunlarının bürünc medalçısı parataekvondoçumuz Sabir Zeynalov və boccia üzrə idmançı Fidan Səfquliyeva olacaq.
Qeyd edək ki, açılış mərasimi 24 iyulda Cebeci İdman Kompleksində keçiriləcək.
Bənzər xəbərlər
Azərbaycanın 2 boksçusu U-23 Avropa çempionu olub
Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa ... Ətraflı
Fərid Qayıbov İstanbulda Avropa Oyunları ilə bağlı müzakirələrdə iştirak edib
Türkiyənin İstanbul şəhərində IV Avropa Oyunları üzrə Koordinasiya Komissiyasının görüşü ... Ətraflı