Avropa Kuboku: Azərbaycanın gənc cüdoçuları komanda hesabında birinci olublar
04 avqust 2025 - 12:45 299
Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən cüdo üzrə gənclər arasında Avropa Kuboku başa çatıb.
Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, son yarış günündə daha 2 cüdoçumuz Dövlət Himnimizi səsləndirib. Süleyman Şükürov (81 kiloqram) və Ramazan Əhmədov (+100 kiloqram) bütün görüşlərini qələbə ilə başa vuraraq qızıl medal qazanıblar.
Qeyd edək ki, daha əvvəl Nihad Məmişov (60 kiloqram), Əbil Yusubov (73 kiloqram) qızıl, Fərid Qarayev (60 kiloqram) gümüş, Məhəmməd Musayev (66 kiloqram) isə bürünc medal əldə edib.
Azərbaycan millisi yekunda 4 qızıl, 1 gümüş və 1 bürünc medalla 26 ölkə arasında ümumi komanda hesabında birinci olub.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı