Avropa Kuboku: Bədii gimnastika üzrə qrup hərəkətləri komandamız bürünc medal qazandı
03 may 2025 742
Bakıda keçirilən Bədii gimnastika üzrə Avropa kuboku yarışı davam edir.
Milli Gimnastika Arenasında keçirilən yarışların üçüncü günündə növbəti qaliblər müəyyənləşib. Mükafatçılar sırasında Azərbaycan idmançıları da yer alıb.
Belə ki, bədii gimnastika üzrə qrup hərəkətləri komandamız kollektiv çarpaz qarşılaşmada lentlərlə hərəkətlərin icrasında Estoniya yığması üzərində qələbə qazanaraq bürünc mükafata sahib çıxıb. Komandamızın nəticəsi hakimlər tərəfindən 21.250 xalla qiymətləndirilib.
Qeyd edək ki, qitə yarışında 25 ölkədəni təmsil edən 170-dən çox gimnast mübarizə aparır. Turnirə sabah yekun vurlacaq.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı