Avropa Olimpiya Komitələrinin 41-ci seminarına yekun vuruldu
26 noyabr 2021 669

MOK-un 29 illik tarixində bir ilk: Komitənin 3 üzvü AOK-un muxtəlif komissiyalarina uzv seçilib.
Slovakiyanın Şamorin şəhərində Avropa Olimpiya Komitələrinin 41-ci seminarında bir sira əhəmiyyətli məsələlər müzakirə edilib. Azərbaycan Milli Olimpiya Komitəsinin Marketinq Departamentinin rəhbəri Mehman Kərimovun iştirak etdiyi seminar çərçivəsində AOK-un icraiyyə komitəsinin iclası da keçirilib. İcraiyyə komitəsi növbəti dövr üçün 9 komissiya və 2 işçi qrupun yeni tərkibini təsdiq edib. Qərara əsasən Azərbaycan MOK-un 3 əməkdaşı – Azər Əliyev Avropa Gənclər Yay Olimpiya Festivalı Komissiyası, Mehman Kərimov Marketinq Komissiyası, Anar Bağırov isə Avropa Birliyi və Beynəlxalq Əlaqələr Komissiyasının yeni üzvləri olaraq təsdiq ediliblər. Azərbaycan MOK-un 3 üzvü AOK-un muxtəlif komissiyalarina uzv seçilməsi qurumun son 29 illik tarixində bir ilkdir.
Seminar müddətində qitə MOK-ları Tokio 2020 Yay Olimpiya Oyunlarının yekunlarına haqqında təqdimatı dinləyib, Pekin -2022 Qış Olimpiya Oyunları, Vuokatti- 2022 Avropa Gənclər Olimpiya Festivalı, Banska Bıstrısa -2022 Yay Avropa Gənclər Olimpiya Festivalı və Krakov -2023 Avropa Oyunlarına hazırlıq işləri ilə tanış olaraq vacib bir sıra məsələlərə dair qeyd və təkliflərini verilib.
Seminarda müzakirə olan mühüm sənədlərdən biri də AOK 2030-cu il üçün hazırladığı Strateji Gündəliyi olub. Bununla yanaşı MOK-lar Avropa Birliyinin qrant proqramlarına müraciət, marketinq və sosial media texnikası, bu sahədə strateji planlaşdırma və uyğun mövzular üzrə maraqlı təqdimatlar ilə tanış olublar.
Seminarın ənənəvi tədbirlərindən biri 2021-ci il üçün qitənin ən güclü yay idmanı üzrə atletinin müəyyən edilməsi olub. Beləliklə seçilmiş 5 finalçı arasından Rumıniyadan olan David Popovici 10-cu Pyotr Nurovski “Avropanın ən güclü gənc atleti” nominasiyasının qalibi olub.
Bənzər xəbərlər

Üç güləşçimiz Paris-2024-ə lisenziya qazandı
Yığma komandamız Belqradda birinci oldu
Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə ... Ətraflı

“Böyük dəbilqə” turniri 5 medalla yadda qaldı
Sentyabrın 22-24-də paytaxtımız daha bir beynəlxalq yarışa - ümummilli lider ... Ətraflı