Avropa Paralimpiya Komitəsinin prezidenti Bakıya gəlib
14 sentyabr 2024 1036
Avropa Paralimpiya Komitəsinin prezidenti Raymon Blondel “Paris-2024” Yay Paralimpiya Oyunlarından sonra ilk rəsmi səfərini Azərbaycana edib.
Milli Paralimpiya Komitəsindən (MPK) verilən məlumata görə, o, səfər çərçivəsində MPK rəhbərliyi ilə birgə Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Daha sonra Şəhidlər xiyabanı ziyarət olunub, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi hörmət və ehtiramla yad edilib.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı






