Avropa Stolüstü Tennis Birliyinin icraçı prezidenti Bakıya gəlib
18 sentyabr 2024 911
Avropa Stolüstü Tennis Birliyinin icraçı prezidenti Pedro Migel Moura Bakıda səfərdədir.
Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) mətbuat xidmətindən verilən məlumata görə, qitənin ali idman qurumunun rəhbəri ilə ASTF-nin vitse-prezidenti Elmar İslam və baş katibi Könül Mikayılova əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb. Ardınca Şəhidlər xiyabanında azadlıq fədailərinin də xatirəsinə ehtiram bildirilib. Səfər çərçivəsində stolüstü tennisçilərin məşq bazasına baş çəkən Pedro Migel Moura idmançılara yaradılan şəraitlə tanış olub, hazırlıq prosesini yaxından izləyib.
Qeyd edək ki, Avropa Stolüstü Tennis Birliyinin icraçı prezidentinin Azərbaycana səfəri sentyabrın 20-də yekunlaşacaq.
Bənzər xəbərlər
Avarçəkmə və kanoe üzrə Azərbaycan birinciliyi keçirilib
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının ... Ətraflı
Mingəçevirdə keçiriləcək beynəlxalq reqata üçün 20-yə yaxın ölkə iştirakını təsdiqləyib
Mingəçevirdə keçiriləcək akademik avarçəkmə, kayak və kanoe üzrə "Prezident Kuboku-2026" ... Ətraflı