Avropa Su İdmanı Federasiyasının rəhbərliyi Bakıya səfər edib
03 aprel 2025 510
Bakıda səfərdə olan Avropa Su İdmanı Federasiyasının (European Aquatics) prezidenti Antonio Silva və birinci vitse-prezidenti Yosip Varvodiç Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev ilə görüşüb.
Görüşdə Azərbaycan Üzgüçülük Federasiyası və Avropa Su İdmanı Federasiyası arasında münasibətlərin möhkəmlənməsi, genişləndirilməsi və bu sahənin inkişafı istiqamətində daha sıx əməkdaşlıq imkanlarının müzakirə edilməsi, həmçinin Azərbaycanda üzgüçülük idmanının bütün növləri üzrə kütləviliyin artırılması məsələləri müzakirə olunub.
Rəsmi səfər çərçivəsində Avropa Su İdmanı Federasiyasının prezidenti və birinci vitse-prezidenti Su İdman Sarayını ziyarət edərək milli komandanın bir neçə üzvü ilə görüşüblər.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı