Avropa Universitet Oyunlarının bağlanış mərasimi olub
25 iyul 2024 688
Macarıstanın Debretsen və Mişkolts şəhərlərinin ev sahibliyi etdiyi tələbələr arasında 5-ci Avropa Universitet Oyunlarının bağlanış mərasimi keçirilib.
Tədbirdə Debretsen Universitetinin rektoru Zoltan Szilvassiy, Macarıstanın mədəniyyət və innovasiyalar naziri Balazs Hanko və Avropa Universitet İdman Assosiasiyasının prezidenti Adam Rokzek çıxış ediblər.
Rəsmi çıxışlardan sonra təntənəli konsert proqramı təşkil olunub, rəngarəng şoular nümayiş etdirilib.
Qeyd edək ki, yarışda 36 ölkədən 428 universitetin 3800-ə yaxın tələbəsi 18 idman növü üzrə bacarıqlarını göstəriblər. Azərbaycan idmançıları iyulun 12-dən 24-dək davam edən turnirdə yalnız 5 növdə təmsil olunublar. İdman Akademiyasının tələbələri 2-si qızıl, 2-si gümüş, 1-i bürünc olmaqla, ümumilikdə 5 medal qazanıblar.
Bənzər xəbərlər
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı
Azərbaycan gimnastları beynəlxalq turniri 12 medalla başa vurublar
Portuqaliyanın Santarem şəhərində batut gimnastikası və tamblinq üzrə ənənəvi SCALABISCUP ... Ətraflı