Avropa Voleybol Konfederasiyasının rəsmiləri qitə çempionatı üçün Bakıya gəliblər
27 fevral 2025 652
Avropa Voleybol Konfederasiyasının (CEV) rəsmiləri 2026-cı ildə keçiriləcək Avropa çempionatı üçün Bakıya səfər ediblər.
Bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Təşkilat Komitəsinin nümayəndələri və yayım hüququna malik CEV-in tərəfdaşı olan "İnfort" şirkətinin əməkdaşları hazırlıq işləri ilə tanış olmaq üçün paytaxta gəliblər.
Səfər çərçivəsində qarşılaşmaların keçiriləcəyi Milli Gimnastika Arenasına və voleybolçuların yerləşdiriləcəyi hotellərə baxış keçirilib, həmçinin bir sıra digər təşkilati məsələlər müzakirə olunub.
Qeyd edək ki, Avropa çempionatının bir qrupunun oyunları Bakıdakı Milli Gimnastika Arenasında təşkil olunacaq. Yarış 21 avqust - 6 sentyabr aralığında təşkil olunacaq. AVRO-2026-da ümumilikdə Avropanın 24 ən yaxşı komandası dörd qrupda mübarizə aparacaq. Digər qruplara Çexiya, İsveç və Türkiyə ev sahibliyi edəcək.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı