Avstriyalı idmançı ayaqqabıya görə cəzalandı
17 fevral 2026 - 15:16 380
Avstriyalı xizəkçi Daniel Çofeniq Milan-Kortina-2026 Qış Olimpiya Oyunları çərçivəsində yarışın birinci turundan sonra diskvalifikasiya edilib.
Onun ayaqqabılarının qaydalara cavab verməməsi əsas səbəb göstərilir. Beynəlxalq Xizək və Snoubord Federasiyasının (FIS) saytında yer alan məlumata görə, 23 yaşlı idmançının ayaqqabı ölçüsünün icazə verilən ölçüdən 4 mm-dən çox böyük olduğu bildirilir.
Məsələ ilə bağlı araşdırmalar davam edir.
Qeyd edək ki, Daniel dünya çempionatında komanda yarışlarında gümüş və bürünc medal qazanıb, 2024/25 mövsümündə dünya kubokunun ümumi qalibi elan edilib.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı