Xəbərlər

Azər Əliyev: Qurban Qurbanov oyunlar zamanı daim ədalət prinsiplərinə əməl edir

24 noyabr 2023 239

“Sevindirici haldır ki, ölkəmizdə artıq üçüncü dəfədir Avropa Ədalətli Oyunlar Hərəkatının Konqresi keçirilir".
Bu sözləri Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyev Bakıda təşkil olunan Avropa Ədalətli Oyunlar Hərəkatının Konqresinin açılış mərasimində deyib.

 

A.Əliyev Azərbaycanın son illər bir çox nüfuzlu idman tədbirinə ev sahibliyi etdiyini bildirib: “Bundan başqa, idmançılarımız beynəlxalq tədbirlərdə ölkəmizi uğurla təmsil edirlər”.

 

MOK-un baş katibi “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovun ədalətli oyun prinsiplərinə sədaqətinə görə, dünyanın ən nüfuzlu feyr-pley mükafatı olan “Cin Borotra - Karyera” diplomuna layiq görülməsindən də söz açıb: “Qurban Qurbanov oyunlar zamanı daim ədalət prinsiplərinə əməl edir. Məhz bu səbəbdən o, dəfələrlə müxtəlif feyr-pley mükafatlarına layiq görülüb”.