Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç qızıl medal qazanıb
20 iyun 2024 1212
Azərbaycan ağırlıqqaldıranı Aslan Əmiraslanov Yunanıstanın Saloniki şəhərində 15 və 17 yaşadək yeniyetmələr arasında keçirilən Avropa birinciliyində 3 qızıl medal qazanıb.
İdmançı birdən qaldırma hərəkətində 114 kiloqramı, təkanla qaldırmada isə 140 kiloqramı başı üzərinə qaldıraraq birinci yeri tutub. O, toplam 254 kiloqram (114+140) nəticə ilə yekun sıralamada da qızıl medala sahib çıxaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Digər atlet Allahverdi Qaragözov isə toplam 225 kiloqram (100+125) nəticə ilə 5-ci yeri tutub.
Hər iki idmançı yaşı 15-ə qədər olan atletlər arasında 89 kiloqram çəki dərəcəsində qüvvələrini sınayıblar.
Qeyd edək ki, 38 ölkədən 415 (198 qız + 217 oğlan) idmançının iştirak etdiyi yarışa iyunun 23-də yekun vurulacaq.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı