Azərbaycan ağırlıqqaldıranı İslamiadada iki gümüş və bir bürünc medal qazanıb
10 noyabr 2025 - 17:14 449
Azərbaycan ağırlıqqaldıranı Ravin Alməmmədov (79 kiloqram) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında üç medal qazanıb.
Olympic.az xəbər verir ki, milli üzvü birdən qaldırmada 155 kiloqram ağırlığın öhdəsindən gələrək, bu hərəkətdə ikinci yeri tutub.
O, təkanla qaldırmada 190 kiloqram çəkini başı üzərinə qaldırmaqla üçüncü olub.
R. Alməmmədov iki hərəkətin cəmində isə 345 kiloqram nəticə ilə fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Qeyd edək ki, bununla da ağırlıqqaldırma üzrə Azərbaycan millisinin İslamiadada qazandığı medalların sayı 9-a çatıb. Daha əvvəl Nuray Əbilova (48 kiloqram) 3 bürünc, İsa Rüstəmov (71 kiloqram) isə 1 gümüş və 2 bürünc mükafat əldə edib.
Bənzər xəbərlər
Atlanta-1996 Yay Olimpiya Oyunlarının 30 illik yubileyi qeyd olunub
İyulun 31-də Atlanta-1996 Yay Olimpiya Oyunlarının və Azərbaycanın müstəqil dövlət ... Ətraflı
Atlanta-1996 Yay Olimpiya Oyunlarının 30 illiyinə həsr olunmuş kitab işıq üzü görüb
Milli Olimpiya Komitəsinin təşəbbüsü ilə hazırlanan müstəqil Azərbaycanın Olimpiya Hərəkatında ... Ətraflı
